Ana Səhifə » Yeniliklər » dvv international Yaşlıların Təhsili Assosiasiyasını gücləndirməyə davam edir
dvv international Yaşlıların Təhsili Assosiasiyasını gücləndirməyə davam edir

Bu il dvv international Azərbaycanda uzunmüddətli partnyoru olan Yaşlıların Təhsili Assosiasiyasının idarəçilik qabiliyyətini artırmaq üçün maliyyə yardımı ayırıb. Maliyyə yardımı çərçivəsində təşkilatın internet səhifəsinin qurulması, fəaliyyəti haqqında bukletin nəşri, onun Avropa Yaşlıların Təhsili Assosiasiyasına üzvlüyü üçün dəstəyin verilməsi və bir illik üzvlük haqqının ödənilməsi nəzərdə tutulub. Bundan başqa dvv international Yaşlıların Təhsili Assosiasiyasına Azərbaycanda Yaşlıların Təhsili sahəsində tədqiqat işinin nəşr və təqdimatı üçün maliyyə dəstəyi verir və xəbərlər internet portalında abunə olmağı üçün ödəniş haqqını edib. Hazırda yerli partnyor nəzərdə tutulmuş işlərin icrasına davam edir və təşkilatın internet səhifəsi yaxın zamanlarda aktivləşdiriləcək.