Ana Səhifə » Yeniliklər » Cənub rayonlarında COPE layihəsi çərçivəsində tərəfdaşların iştirakı ilə forum və dəyirmi masalar davam edir

2011-ci ilin sentyabr və oktyabr aylarında Avropa Komissiyası və Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyələşən Yaşlıların Təhsili Mərkəzləri Yoxsulluğun Azaldılması, Təhsil və Sosial Həmrəylik üçün İmkan kimi (COPE) layihəsi çərçivəsində cənub rayonlarında 5 dəyirmi masa və 1 forum baş tutdu. Ümumilikdə, tədbirlərə Masallı, Lənkəran, Lerik, Astara, Cəlilabad və Yardımlı rayonlarından əlaqəli dövlət, qeyri-dövlət, layihə tərəfdaş təşkilat, biznes və özəl qurumları təmsil edən 120-dən artıq iştirakçı qatılıb. Forum və dəyirmi masalar zamanı əsas müzakirə mövzusu işə götürənlər və təhsil şəbəkəsi arasında əlaqə və əməkdaşlığın gücləndirilməsi olub. Bundan başqa, tədbirlərin gündəliklərində olan digər məsələ layihə bitdikdən sonra təhsil şəbəkəsinin davamlılığının təmin olunması idi. Müzakirələr zamanı təhsil şəbəkəsinin davamlılıq fəaliyyət planının hazırlanması üçün müxtəlif fikirlər qeydə alındı.