Ana Səhifə » Yeniliklər » Masallı və Lənkəran rayonlarında dəyirmi masa keçirildi

Avropa Komissiyası və Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyələşən Yaşlıların Təhsili Mərkəzləri Yoxsulluğun Azaldılması, Təhsil və Sosial Həmrəylik üçün İmkan kimi (COPE) layihəsi çərçivəsində beşinci dəyirmi masa Masallı şəhərində 15 avqust 2011-ci il tarixində keçirildi. Masallı, Cəlilabad, Astara və Yardımlı rayonlarından 25 iştirakçı tədbirə qatıldı. Layihə çərçivəsində altıncı dəyirmi masa Lənkəran şəhərində 16 avqust 2011-ci il tarixində Lənkəran və Masallı rayonlarından 20 iştirakçının qatılması ilə keçirildi. Dəyirmi masalar zamanı ortaya çıxan çətinlik və məhdudiyyətlər iştirakçılar arasında müzakirə olundu və təkliflər irəli sürüldü. Cənub rayonunun isti və rütübətli iqlimini nəzərə alaraq qərara alındı ki, dərslər təlim mərkəzlərində bir saat qabağa çəkilsin. Yay vaxt cədvəli 1 oktyabr 2011-ci il tarixinə qədər davam edəcək.