• Ana səhifə |
  • Bizimlə əlaqə |
  • Azərbaycanca
  • English
  • dvv international
  • Yeniliklər
  • Layihələr
  • Nəşrlər
  • Şəkillər
  • Linklər

Ana Səhifə » Yeniliklər » “Nailiyyət qazanmaq üçün öyrənmə. Davamlı İnkişaf üçün Yaşlıların Təhsili” adlı Yay Məktəbi"

“Nailiyyət qazanmaq üçün öyrənmə. Davamlı İnkişaf üçün Yaşlıların Təhsili” adlı Yay Məktəbi"

IMG_3003

1-7 iyul 2011-ci il tarixində Gürcüstanın Borjomi rayonunda dvv international tərəfindən Azərbaycan, Gürcüstan və Ermənistandan olan icma və yaşlıların təhsili mərkəzlərinin rəhbər işçiləri üçün Yay Məktəbi keçirildi. Məktəb gürcü təlimçi, Latviya və Almaniyadan olan ekspertlər tərəfindən aparıldı. Tədbirdə Azərbaycan, Gürcüstan və Ermənistanı təmsil edən 40-dan artıq nümayəndə iştirak edib. Yay məktəbinin keçirilməsində məqsəd Cənubi Qafqazda yeni yaradılmış yaşlıların təhsili mərkəzlərində çalışan mütəxəssislərin biliklərini qeyri-formal təhsilin metodikasına dair təkmilləşdirib onların ömür boyu təhsil sahəsində  məlumatlılığını artırmaqdır. Tədbirdə əhatə olunan mövzulara təhsil ehtiyyaclarının araşdırılması, kursların qiymətləndirilməsi,  yaşlıların təhsil institutlarının büdcələrinin idarə olunması  və strateji inkişaf məqsədlərinin təlim ehtiyyacları ilə uyğunlaşdırılması daxil idi.

  • Çap etmək
  •  Göndərmək
  • Yuxarı