• Ana səhifə |
  • Bizimlə əlaqə |
  • Azərbaycanca
  • English
  • dvv international
    • Azərbaycan nümayəndəliyi
    • Fəaliyyətimiz
    • Bizimlə əlaqə
  • Yeniliklər
  • Layihələr
  • Nəşrlər
  • Şəkillər
  • Linklər

Ana Səhifə » dvv international

dvv international

Yaşlıların Təhsili – İnkişaf - Əməkdaşlıq

Təhsil bəşəri insan hüququdur. O, əsas ehtiyac və inkişaf üçün vacib ilkin şərtdir.

dvv international Almaniya Xalq Universitetləri Birliyinin Beynəlxalq Əməkdaşlıq İnstitutdur. Almaniya Xalq Universitetləri Birliyinin Beynəlxalq Əməkdaşlıq İnstitutu artıq 1973-cü ildən başlayaraq, orta və yaşlı nəslin beynəlxalq təhsil sistemi çərçivəsində layihələr həyata keçirir. Bu layihələr sosial, iqtisadi, siyasi və mədəniyyət sahələrində təhsil fəaliyyətinə yönəlmişdir.

İnstitutun məqsədləri

  • İnkişaf etməkdə olan və keçid dövrünü yaşayan ölkələrdə davamlı təhsili təmin edən institutların yaradılmasına və inkişafına yardım etmək
  • Avropa və dünya səviyyəsində məlumat mübadiləsini dəstəkləmək
  • və mədəniyyətlərarası, qlobal və Avropa siyasəti məsələlərinə dair təlimlər, məsləhətlər və öyrənmə materialları ilə təmin etməkdir

İnstitutun fəaliyyət istiqamətləri

Tərəfdaşlarımız ilə birgə həyata keçirdiyimiz proqramlar, layihələr və təşəbbüslər aşağıdakı istiqamətləri əhatə edir.

  • Yaşlı təlimçilər üçün ilkin və daxili təlimlər təşkil etmək
  • Praktikaya əsaslanan təkmilləşməni və tədqiqatı təmin etmək
  • Tədris və öyrənmə materiallarının inkişafına kömək etmək
  • İnstitusional və material infrastrukturuna dəstək vermək
  • Təşkilati inkişaf üçün məsləhətlər təklif etmək
  • Lobbiçilik fəaliyyəti vasitəsi ilə yaşlılarının təhsilinin tanınmasına yardım etmək
  • Regional və beynəlxalq təşkilatlar ilə müntəzəm əməkdaşlığı dəstəkləmək

İnstitutun fəaliyyət sahələri

  • Savadlılıq və ilkin təhsil
  • Yaşlıların təhsili və iştirak
  • Yaşlıların təhsili üzrə peşəkarlar üçün təlimlər
  • Yeni media və materiallar
  • Ətraf mühit təhsili və kənd təsərrüfatı
  • Yoxsulluğun azaldılması və gəlir gətirən sahələr
  • İlkin və davamlı peşə təhsili
  • Sağlamlıq təhsili
  • Miqrasiya və inteqrasiya
  • Qadınlar və kişilər üçün təhsil

dvv international donor təşkilatı kimi yox, öz təcrübə və resurslarını birgə layihələrə sərf edən və eyni zamanda tərəfdaşlarından öyrənən iş tərəfdaşı kimi qəbul etmək lazımdır. Hazırda, dvv international Afrika, Latın Amerikası, Asiya, Mərkəzi və Şərqi Avropanın 40-dan artıq ölkələrində müxtəlif tərəfdaş təşkilatlar ilə yaşlıların təhsili sahəsində əməkdaşlıq edir. dvv international öz işində ən müxtəlif regional şəraitləri və tələbləri nəzərə alır və tərəfdaş ölkələrin mədəni ənənələrinə hörmətlə yanaşır.

  • Çap etmək
  •  Göndərmək
  • Yuxarı